Salam, xoş gəlmisiniz.

Salyanda avtomobil aşdı: ölən və yaralananlar var

2019-11-08 18:45:23

Salyanda avtomobil aşdı: ölən və yaralananlar var

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin - 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb.

Avtomobilin sürücüsü və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru