Salam, xoş gəlmisiniz.

Şəki və Qax bölgəsində ağaclar qırılır? – Nazirlikdən AÇIQLAMA – VİDEO

2019-11-21 14:36:16

Şəki və Qax bölgəsində ağaclar qırılır? – Nazirlikdən AÇIQLAMA – VİDEO

Artıq bir neçə gündür sosial şəbəkələrdə Şəki və Qax bölgəsində meşə ərazilərində ağacların kütləvi şəkildə qırılması ilə bağlı yayılan video-görüntülər müzakirə olunmaqdadır. Sözügedən videoda həmin meşə ərazilərini işçilər traktorla kol-kos və bir çox ağacları qıraraq təmizləyirlər. Orada olan sakinlər isə “Necə əlin gəlir bu ağacları qırmağa” deyərək ağacların qırılmasına mane olmağa çalışıblar. Traktoru idarə edən şəxs isə “Mənim də əlim gəlmir. Biz kimik ki, dövlət göstəriş verib” sözlərini deyib.  
Yayılan video-görüntülərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a məsələ ilə bağlı dəfələrlə açıqlama verdiyini  bildirdi: “Məsələ ilə bağlı dəfələrlə açıqlama vermişik. Orada ağac yoxdur ki, qırıla. Orda ancaq kol-kosdur”.
ETSN-nin mediaya dəfələrlə verdiyi açıqlamada meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verildiyi bildirilib.
Bununla bağlı İ.İbrahimovaya əməkdaşımız, “Aqrobağların salınması üçün ağac olan sahələr yerinə, başqa sahələrdən istifadə edilə bilməzdi mi?”sualını ünvanlayıb. O, cavabında orada cəmi 5-6 qurumuş ağacın olduğunu və konkret sualımızın olub-olmadığını bildirdi.

 

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru