Salam, xoş gəlmisiniz.

Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı - Sürücü sərxoş imiş

2019-12-02 11:11:03

Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı - Sürücü sərxoş imiş

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Hurriyyet.org-un məlumatına görə, fakta görə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində sürücü Abiyev Tural Aydın oğlu saxlanılıb.

Xatırladaq ki, hadisə Şəmkir-Gədəbəy avtomagistralında baş verib.

"Mitsubishi Pajero" markalı avtomobilin "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb./trend/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru