Salam, xoş gəlmisiniz.

Səudiyyə Ərəbistanı alim və mütəxəssislərə vətəndaşlıq verəcək

2019-12-05 18:44:10

Səudiyyə Ərəbistanı alim və mütəxəssislərə vətəndaşlıq verəcək

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanda dərc edilən “Sebak” qəzeti kral Salman bin Əbdüləzizin iki ay bundan əvvəl ölkənin inkişafına dəstək olacaq sahələrdə mütəxəssis alimlərə vətəndaşlıq verilməsi ilə bağlı qərar verdiyini yazıb.

Tibb, kompüter, texnologiya, aqronomluq, atom və ekoloji enegetika, sənaye, neft, qaz, süni zəka, proqram mühəndisliyi, pobot mühəndisliyi, nanotexnologiya, geologiya, hava yolları və kosmos sahələrində mütəxəssis olan şəxslərə Səudiyyə Ərəbistanının vətəndaşlığı veriləcəyi bildirilir.

Bu addımın  vəliəhd şahzadə Məhəmməd bin Salmanın 2016-cı ildə bəyan elədiyi “Vision 2030 planı” çərçivəsində atıldığı qeyd edilib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru