Salam, xoş gəlmisiniz.

Səudiyyə Ərəbistanının Yəmənə hücum edən vertolyotu vuruldu: müsəlmanlar bir-birini ABŞ və rus silahları ilə qırırlar - VİDEO

2019-12-02 13:29:02

Səudiyyə Ərəbistanının Yəmənə hücum edən vertolyotu vuruldu: müsəlmanlar bir-birini ABŞ və rus silahları ilə qırırlar - VİDEO

Hurriyyet.org xəbər verir ki, Yəməndə İran tərəfindən dəstəklənən Husilər Səudiyyə Ərəbistanının Silahlı Qüvvələrinə məxsus AH-64D Apache markalı hərbi vertolyotu vurublar. Vurulan vertolyotda iki pilot ölüb. Husilər vertolyotun vurulma anını mediada paylaşılıblar.

Vertolyot 29 noyabr tarixində vurulub. Səudiyyə Ərəbistanı hökuməti tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib. Bu, Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı müharibədə vurulan üşüncü AH-64D (ABŞ istehsalı) vertolyotudur.

Köhnə model hava-hava raketindən istifadə edirlər

Husilər İranın dəstəyi ilə keçmiş sovet dövründn qalma qısa mənzilli hava-hava raketlərini modifikasiya edərək, onlardan yerdən atılacaq şəkildə istifadə edirlər. Bu raketlər uzun mənzillri ilə, xüsusilə 3300 metrlik yüksəklikdə uçan dronlara və digər qurğulara qarşı çox təsirlidir.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru