SOÇİ RAZILAŞMASI QÜVVƏYƏ MİNDİ - Terrorçulara 150 saatlıq yeni möhlət verildi

SOÇİ RAZILAŞMASI QÜVVƏYƏ MİNDİ - Terrorçulara 150 saatlıq yeni möhlət verildi

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Türkiyə ilə Rusiya arasında əldə edilmiş razılığa əsasən, PKK/YPG təşkilatına əraziləri tərk eləmək üçün verilən 150 saatlıq möhlət başladı”.

Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir:

“Barış Bulağı Əməliyyatının başladığı 9 oktyabr tarixindən bəri 130 nəfəri qadın olmaqla 2 330 nəfər vətəndaşımız könüllü hərbi xidmət üçün müraciət edib”.

“Türkiyə sərhədlərinin cənubunda bir terror dəhlizinin yaradılmasına əsla imkan verməyəcək, terrorla mübarizəmiz qətiyyətlə davam etdiriləcəkdir”.

“Əməliyyat bölgənin terrordan təmizlənməsinə, terror təşkilatının yerli xalq üzərindəki təzyiq və zülmünün sona çatdırılmasına böyük töfhə vermişdir”.

“Terror təhdidinin dəf edilməsi ilə qaçqınlığa səbəb olan ən böyük təsir də aradan qalxmış olacaqdır”.

Hurriyyet.org