Salam, xoş gəlmisiniz.

Soros Trampı devirmək üçün hərəkətə keçdi: Xaosun "atası" yevangelistlərə qarşı

2019-10-28 17:13:15

Soros Trampı devirmək üçün hərəkətə keçdi: Xaosun "atası" yevangelistlərə qarşı

Xaosla nəticələnən rəngli inqilabların əsas sponsoru, maliyyə maqnatı Corc Soros ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat senator Elizabet Varreni dəstəkləyəcəyini açıqlayıb.

Hurriyyet.org avropa.info-ya istinadən xəbər verir ki, ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri yaxınlaşdıqca, hazırkı prezident Trampla yanaşı onun rəqibləri də qeyri-rəsmi olaraq seçki kampaniyasına start veriblər.

Proses sürətləndiyi bir vaxtda Corc Soros müdafiə edəcəyi prezidentliyə namizədin adını açıqlayıb.

Soros, Demokrat senator Elizabet Varreni prezident görmək istədiyini deyib.

Son seçkidə Hillari Klintona dəstək verən Soros, seçkidən sonrakı küçə etirazlarına verdiyi dəstək səbəbiylə 1 milyard dollar itirdi.

Bəzi iddialara görə, seçkidən sonra keçirilən aksiyalarda iştirak edən şəxslər Soros ilə əlaqəli dərnəklərdən adam başına 2500 dollar almışdılar.

Corc Sorosun bu dəfə Trumpı hakimiyyətdən uzaqlaşdırmaq üçün əlindən gələni edəcəyi bildirilir.

Qeyd edək ki, Tramp və bu gün ABŞ-da hakimiyyətdə olanların əksəriyyətinin xristianlığın yevangelist qoluna aid olduğu bildirilir. Soros isə dünyanın müxtəlif ölkələrində maliyə hesabına xaos törətməklə məşhurdur.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru