Salam, xoş gəlmisiniz.

"İnsan nə qədər mənəviyyatdan uzaq olar ki..." — Aslan İsmayılov Mirşahini QINADI

2019-12-10 22:50:46

"İnsan nə qədər mənəviyyatdan uzaq olar ki..." — Aslan İsmayılov Mirşahini QINADI

“REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru, tanınmış jurnalist Mirşahin Ağayevin 102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti olmadığı ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmır. Artıq ölkənin ən nüfuzlu şəxsləri, ictimai fikir adamları, ziyalıları Mirşahin Ağayevin efirdə dilə gətirdiyi məlum fikirlərə sərt təpkilər verməkdədir. Xüsusilə, 102 FM radio tezliyi tenderə çıxdıqdan sonra REAL TV-nin bu tenderə qoşulması toplumda ikrah hissi doğurmaqdadır. 

Tanınmış hüquqşünas və ictimai xadim Aslan İsmayılov baş verənlərin fonunda sərt çıxışı ilə yadda qalıb. O, Mirşahin Ağayevi ən kəskin ifadələrlə tənqid edərək, jurnalistin çox təhlükəli adam olduğunu bildirib:

 

“102 FM radio tezliyinin tenderə çıxarılması, REAL TV-nin bu tenderə qoşulması və Çingiz Mustafayevin adına radionun olmaması barədə Mirşahin Ağayevin uzun müsahibəsini dinlədim. İnsan nə qədər mənəviyyatdan uzaq olar ki, illərdir çalışdığı, elə özünün də etiraf etdiyi kimi uzun illər boyu hər dəfə dinləyicilərə “Çingiz Mustafayev adına radio dinləyisiniz” deyib, bu gün şəxsi maraq ortaya çıxanda “Çingiz Mustafayev adına heç vaxt heç bir radio olmayıb”, Çingiz Mustafayevin adının əbədiləşdirilməsi ancaq onun səyi nəticəsində baş verdiyini bildirəsən.

 

Hamıya məntiqdən dərs deyən Mirşahin bu dəfə çox məntiqsiz davrandı. Tenderə çıxarılan tezlikdə çoxlarından biri olduğunu deyən adam, həm də artıq efirə çıxmaq üçün bütün hazırlıqların tamamlandığını bildirir.

 

Mirşahin REAL TV-yə başçılıq etdiyi vaxtlardan öz kimliyini hamıya göstərdiyindən bunun üzərində dayanmaq istəmirəm. Elə bu yaxınlarda Əli Həsənovun göstərişi ilə uzun illərdir tanıdığı, dostum deyə müraciət etdiyi Aslan İsmayılovun oğlu ilə birlikdə erməni kəşfiyyatına xidmət etməsi, xarici diplomatların gizli səs yazıları barədə efirdə xalqa çatırdıqları məlumatlar bir daha onun kimliyini göstərdi.

 

Bu verilişdə isə onun yeni simasını gördüm. Mirşahin həm də istedadlı təhdid, intriqa ustası imiş. Verilişdə Prezidentə və Vitse-Prezidentə məktub ünvanlayanların barəsində dedikləri, Prezident sözünün kiçik hərflərlə yazılmasını xüsusi vurğulaması və buna mahircəsinə don geyindirməsi onun həm də nə qədər təhlükəli adam olduğunu göstərdi”

 

A.İsmayılov fikrinin sonunda müraciət ünvanlayaraq təkliflə çıxış edib:

 

“Buradan həm də hakimiyyət rəsmilərinə müraciət edərək tenderin qalibi sırasında, bu sahədə hamıdan peşəkar, həm Dövlətə, həm Xalqa, həm də hakimiyyətə hamıdan faydalı olacaq Çingiz Mustafayevin ailə üzvlərinin olmasını arzuladığımı bildirirəm. Bu addım həm də çoxlu mirşahinlərin hesabına məşhurlaşdıqları Çingiz Mustafayevə qoyulmuş bir hörmət olacaq!” \\Demokrat

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93