Salam, xoş gəlmisiniz.

İRAQDA XAOS - Baş nazirin istefa ərizəsinin qəbul ediləcəyi gözlənilir

2019-12-02 12:54:08

İRAQDA XAOS - Baş nazirin istefa ərizəsinin qəbul ediləcəyi gözlənilir

Hurriyyet.org xəbər verir ki, İraqda iki aya yaxın müddətdə davam edən etirazları ölkənin baş nazir Adil Əbdülmehdinin istefası da səngidə bilməyib. Etirazlar 1 oktyabr tarixindən başlayıb, dünən isə İraqın baş naziri Adil Əbdülmehdi istefa ərizəsini məclisə göndərib. Lakin İraq parlamenti hələlik baş nazirin istefasını qəbul eləməyib.

Ölkə qarışıb

Nasiriyə şəhərində azı 3 nəfər etirazçının asayiş qüvvələri tərəfindən vurulmasından sonra etirazçılar polis mərkəzini mühasirəyə alıblar. Etirazçılar asayiş qüvvələrinə məxsus avtomobilləri yandırıblar.

350 nəfər həlak olub

Parlamentin Əbdülmehdi hökumətinə etimad göstərməyərək, istefa ərizəsini qəbul edəcəyi güman edilir. İraq mediası iki ay ərzində davam edən nümayişlərdə indiyə qədər ən azı 350 nəfərin həlak olduğunu, 15 min nəfərdən artıq insanın da yaralandığını yazır.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru