Salam, xoş gəlmisiniz.

ABŞ-da Trampı maliyyələşdirən keçmiş SSRİ vətəndaşları həbs olunub - SENSASİYA

2019-10-11 12:36:00

ABŞ-da Trampı maliyyələşdirən keçmiş SSRİ vətəndaşları həbs olunub - SENSASİYA

Onların impiçment prosesində dindiriləcəyi gözlənilir

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culianinin ətrafındakı iki biznesmen Vaşinqtonda həbs olunub.

İqor Furman (Rusiya) və Lev Parnas (Belarus) adlı həmin şəxslər seçkiqabağı kampaniyanın qeyri-qanuni şəkildə maliyyələşdirilməsində ittiham olunurlar.

Xarici agentliklərin xəbərinə görə, bu iş adamları 2020-ci ildə keçiriləcək seçkilər öncəsində prezident Donald Trampın seçki qərargahına yüzminlərlə dollar pul köçürüblər.

Bundan başqa, həmin biznesmenlər ABŞ dövlət başçısı haqqında açılan impiçment prosedurunda şahid kimi itirak etməli olacaqlar.

“Politico” saytının məlumatına görə, Nümayəndələr palatasına nəzarət edən demokratlar bununla bağlı keçiriləcək dinləmələrdə Lev Parnas və İqor Furmanın da iştirak etməli olduğunu bildiriblər. Konqresmenlər onlardan işlə əlaqədar bu ilin oktyabr ayının 16-na qədər müvafiq sənədləri vermələrini tələb edirlər.

Çünki onların hər ikisi vəkil Rudolf Culianinin keçmiş vitse-prezident Co Baydenin oğlu Hanter Baydenin Ukraynadakı işi ilə bağlı informatorları sayılırlar. Məhz İ.Furman və L.Parnasın Rudolf Culianiyə ata-oğul Baydenlərə qarşı işi başlatmaq üçün Ukraynanın rəsmi şəxslərinə çıxış əldə etməsinə kömək göstəriblər.

Parnas və Furman 2018-ci iln yazında Donald Trampla nahar ediblər. Daha sonra, eyni ilin iyul ayında L.Parnas Trampın eyni adlı oğlunu ABŞ-ın Ukraynadakı xüsusi nümayəndəsi Kurt Volkerlə görüşdürüb.

Bundan başqa, adı çəkilən biznesmenlər Ukraynanın “Naftoqaz” şirkətinin rəhbərliyini dəyişdirmək cəhdində şübhəli hesab olunurlar. Onların bu yolla həm özləri, həm də D.Trampın dostları üçün əlverişli müqavilələr qoparmaq istədikləri bildirilir.
“RTVİ” kanalının xəbərinə görə, biznesmenlər “Naftoqaz”ın baş direktoru Andrey Kobelevin yerinə başqa bir idarəçini, Andrey Favorovu gətirmək istəyiblər. Lakin bütün planlar Pyotr Poroşenkonun prezident seçkilərində məğlub olmasından sonra pozulub.

Hər iki sahibkar A.Favorovla Texasda təşkil olunan konfransda görüşüblər. Burada onlar ukraynalı menecerə 100 tanker ABŞ maye qazı almağı təklif ediblər. A. Favorova bu sazişin Tramp tərəfindən də dəstəkləndiyi və hətta bunun üşün Ağ Evin sahibinin səfir Meri Yovanoviçin yerinə onların iş maraqlarını daha yaxşı təmsil edəcək bir diplomatı Ukraynaya təyin edəcəyinə inandırıblar.

“Politico”nun digər informasiyasına görə, ABŞ-ın energetika naziri Rik Perri bu ilin may ayında Ukrayna preidenti Vlaldimir Zelenski ilə görüşərək ondan “Naftoqaz”ın idarə heyətinə ABŞ nümayəndələrini buraxılmasını istəyibmiş./musavat.com/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru