Salam, xoş gəlmisiniz.

Türkiyə təyyarəsi Ukraynada qəzaya uğradı: sərnişinlər təxliyə olundu - VİDEO

2019-11-22 10:22:10

Türkiyə təyyarəsi Ukraynada qəzaya uğradı: sərnişinlər təxliyə olundu - VİDEO

“Türk Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsi yerli vaxtla saat 20:55-də Odessa (Ukrayna) aeroportunda qəza enişi edib.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, eniş zamanı hava gəmisinin şassiləri qırılıb.

TK 465 reysi ilə İstanbuldan Odessaya uçuş həyata keçirən təyyarənin göyərtəsində 136 sərnişin olub. Onlar qəza trapları vasitəsi ilə təyyarəni tərk ediblər. Xəsarət alan olmayıb.

Qəzanın səbəbləri araşdırılır.   


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru