Salam, xoş gəlmisiniz.

Türkiyədə daha 3 bələdiyyənin sədri saxlanıldı - VİDEO

2019-12-06 12:17:02

Türkiyədə daha 3 bələdiyyənin sədri saxlanıldı - VİDEO

 

Türkiyənin Van vilayətinin 3 rayonunda bələdiyyə sədrləri saxlanılaraq polis şöbəsinə aparılıb.
Hurriyyet.org yeniavaz.com-a istinadla xəbər verir ki, Van polisinin eyni vaxtda həyata keçirdiyi əməliyyatla Muradiye rayonu bələdiyyəsinin həmsədrləri Yılmaz Şalan ilə Leyla Balkan, Özalp rayonu bələdiyyəsinin həmsədrləri Yakup Almaç ilə Dilan Öğrenci və Başkale rayonunun bələdiyyə sədri Erkan Acar saxlanılaraq polis şöbəsinə aparılıb.
5-i də HDP-dən (Xalqların demokratik Partiyası) seçilmiş bələdiyyə sədrləri PKK/KCK terror təşkilatlarına üzv olmaq və terrorçuluğun təbliğatı ilə məşğul olmaqda təqsirləndirilirlər.
Qeyd edək ki, HDP, Türkiyədə öz daxili idarəetməsində və siyasi idarəetmədə həmsədrlik tətbiq edən ilk partiyadır.

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru