Salam, xoş gəlmisiniz.

TÜRKİYƏNİ TƏHDİD ETDİLƏR - “Bütün gəmilərini batıracağıq”

2019-12-11 18:48:16

TÜRKİYƏNİ TƏHDİD ETDİLƏR - “Bütün gəmilərini batıracağıq”

Hurriyyet.org xəbər verir ki, Türkiyə və Liviya arasında Aralıq dənizində qazma fəaliyyəti ilə bağlı əldə edilən razılaşmanın əks-sədası davam edir. Liviyada Hafter qüvvələrinin donanmasının komandiri Fərəc əl Mahdavi Türkiyənin gəmilərini vurmaq əmrini aldığını söyləyib.

Ötən günlərdə Türkiyə Cənubi Kipr Yunan Respublikası ilə Yunanıstanın ABŞ və Avropa İttifaqına arxalanaraq Şərqi Aralıq dənizindən birtərəfli şəkildə istifadə eləmək fəaliyyətinə qarşı həmlə edərək, Liviya ilə danışıqlar masasına oturmuşdu.

Liviyanın Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərrac ilə prezident R.T.Ərdoğan arasında İstanbulda  imzalanan memorandumda Aralıq dənizinin şərqində Türkiyə və Liviyanın su sərhədləri müəyyən edilib. Beləliklə, Liviya Türkiyənin dəniz qonşusu olub və Aralıq dənizinin şərqində güc balansı Ankaranın xeyrinə dəyişib. 

Bu razılaşmadan sonra Yunanıstan Liviyanın səfirini ölkəsindən qovub, həmin müqaviləyə görə BMT-yə Türkiyədən şikayət edib.

“Hafterdən əmr almışam”

Liviyanın şərqini ələ keçirmiş və Türkiyəni özünə düşmən hesab edən general Hafterə tabe olan donanmanın komandiri qalmaqallı bir açıqlama verib. Fərəc əl Mahdavi Türkiyəni təhdid edərək deyib: “Hafterdən əmr almışam. Türkiyə gəmiləri bölgəyə yaxınlaşan kimi onları batıracağam”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru