Salam, xoş gəlmisiniz.

Türkiyəyə hücumun qarşısı belə alındı: NATO toplantısının ŞOK DETALLARI

2019-12-06 17:49:16

Türkiyəyə hücumun qarşısı belə alındı: NATO toplantısının ŞOK DETALLARI

NATO-nun 70-ci ildönümü münasibətləri Londonda keçirilən Zirvə görüşü əvvəlki zirvələrdən ciddi fərqləndi.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, türkiyəli yazar Mehmet Acet NATO zirvəsi ilə bağlı yazıb.

M.Acet yazır ki, Londonda keçirilən NATO zirvəsini fərqləndirən iki səbəb var:

Birincisi, NATO-nun gələcəyi və hədəfləri ilə bağlı son dövrlər fikir ayrılıqlarının dərinləşməsi: Fransa prezidenti Emmanuel Makronun “Economics” jurnalında dərc olunan məqaləsində hərbi ittifaqla bağlı “beyin ölümü” ifadəsini işlətməsi də bunu açıq göstərir.

İkincisi, ABŞ prezidenti Donald Trampla Makronun açıq qarşıdurması: tərəflər kameraların önündə qarşılıqlı söz dueli aparırdı.

Zirvənin bir nömrəli maddəsi isə Türkiyə idi. Maraqlı idi ki, Makron Türkiyə və Ərdoğana qarşı cəbhə yaratmaq istəyirdi, Donald Tramp isə bu məsələdə Türkiyənin yanında yer aldı.

Zirvədən öncə Türkiyə “veto” hüququndan istifadə edərək, NATO-nun Baltikyanı ölkələr və Polşa ilə bağlı “müdafiə planlarının” qarşısını aldı. Ankaranın bu addımı NATO zirvəsində PYD/YPG məsələsi üzərindən Türkiyəyə təzyiqlərin olacağı ehtimalına qarşı idi. PYD/YPG terror təşkilatı PKK-nın Suriya qolu olsa da, NATO-da bu qruplaşmanın legitimləşdirilməsini istyənlər var. Xüsusilə Makron son dövrlər bu istiqamətdə Türkiyəyə qarşı hərəkət edir. Lakin Makronun planı baş tutmadı. Zirvənin sonunda yeni qərarın çıxmasının qarşısı alındı və qəbul 2017-ci ildə qəbul edilmiş qərar qüvvədə saxlanıldı: YPG PKK-nın Suriya qolu kimi qəbul edildi. Beləliklə, Türkiyə “veto”sunu geri çəkdi və böhran həll olundu.
 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru