Salam, xoş gəlmisiniz.

Tələbə ölümünə səbəb olan toksiki zəhərlənmə nədir? – Həkimdən AÇIQLAMA

2019-12-05 17:49:11

Tələbə ölümünə səbəb olan toksiki zəhərlənmə nədir? – Həkimdən AÇIQLAMA

Xəbər verdiyimiz ki, AQTA sədri Qoşqar Təhməzli BDU-da zəhərlənən tələbə qızların qidadan yox, toksiki səbəbdən zəhərləndiyini və birinin həyatını bu səbəbdən itirdiyini açıqladı.
Verilən bu açıqlama, həftələrdir mətbuatda deyilən müxtəlif qida versiyaları zəhərlənmələrini heçə çıxartdı deyə bilərik.
Bəs ümumiyyətlə toksiki zəhərlənmə dedikdə nə nəzərdə tutulur?
Məsələ ilə bağlı, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovla əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bura dəm qaz və müxtəlif maddələrin daxil olduğunu qeyd etdi: “Toksiki zəhərlənmə, bədənə müxtəlif yollarla daxil olan zəhərli maddələr əsasında baş verir. Bura dəm qazı, sirkə turşusu, yandırıcı maddələr, həll edici və kimyəvi məhlullar daxildir. Bunların hamısı toksiki zəhərlənmə kimi təsir göstərən maddələrdir. Əgər qəbul olunan dərmanların dozası çox olarsa bu intihar əlaməti də ola bilər”.
Toksiki zəhərlənməyə aiddir:
- Dəm  qazı zəhərlənməsi;
- Sirkə turşusu;
- Dərmanlarla zəhərlənmə;
- Kimyəvi maddələrlə zəhərlənmə;
- Təmizləyici maddələrlə zəhərlənmə;
- Alkoqol zəhərlənməsi;
- Həll edici maddələrlə zəhərlənmə;
- Yandırıcı maddələrlə zəhərlənmə.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93