Salam, xoş gəlmisiniz.

Televiziyaları bərbad günə qoyanların adları açıqlanmalı və onlar cəzalandırılmalıdırlar - XALQ ARTİSTİ

2019-11-16 10:39:12

Televiziyaları bərbad günə qoyanların adları açıqlanmalı və onlar cəzalandırılmalıdırlar - XALQ ARTİSTİ

Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Təəssüf ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. 

Hurriyyet.org xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

“Bizim iradlarımızdan sonra telekanal rəhbərləri müəyyən addımlar atmağa çalışırlar. Amma çox təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”, - deyə sədr bildirib.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Məşhur rejissor, Xalq artisti Əbdül Mahmudov şura sədrinin dedikləri ilə razılaşdığını bildirib:

“Özəl kanalların arxasında duranlar kimlərdir? Həmin kanallarda bizim tariximizi, mənəviyyatımızı, əxlaqımızı bilərəkdən və bilməyərəkdən bizi bu günə qoyanlar kimlərdir? Televiziyaların rəhbərləri, təyin olunan şuralar, eybəcərlər şeyləri çəkənlər, iştirakçılar, oxuyanlar, oynayanların hamısı bəllidir.  

Çin alimi Kanfutsi deyir ki, qaranlıq otaqda qara pişik axtarmaq olmaz. Sadəcə, Nuşirəvan müəllimin kimlərəsə gücü çatmır. Ona görə də artıq Prezident İlham Əliyev səviyyəsində böyük kampaniya başladıb.

Son vaxtlar görürük ki, ölkədə kadr islahatları aparılır. Bu səbəbdən çox insanların “kürkünə birə düşüb”. Ona görə də prezidentin bu işlərlə bağlı ciddi sərəncamlar verəcəyini bilirlər. Kimlərsə ciddi şəkildə cəzalanacaq. Bu səbəbdən hamı hər şeyi öz üstündən atır. Amma konkret adlar çəkmək lazımdır”.

Əbdül Mahmudov layiq olmayan şəxslərin Xalq artisti adını almasına münasibət bildirib:

“Birdən-birə heç bir aidiyyəti olmayan şəxslərə Xalq artisti adı verildiyi zaman və xalqın fikri öyrənilməyəndə belə olacaqdı. Xalqın ortaq dəyəri, tarixi milli, mənəvi kökü-soyu var. Heç kəsə icazə verilmir ki, öz şəxsi işi üçün bu yöndə alver eləsin. Bu cinayətdir.

Tək seriallar deyil, hamısı biabırçılıqdır. Artıq Prezident İlham Əliyev də kadr islahatları zamanı keçirdiyi qəbullarda qanunların yerlərdə icra olunmadığı ilə bağlı onda məlumatların olduğunu diqqətə çatdırır.

Ümumiyyətlə, adlar deyilməli və onların cəzası verilməlidir. Bu məsələlərlə bağlı ağsaqqallar və ya ziyalılar şurası yaratmaq lazımdır. Belə davam edə bilməz. Biabırçılıq və rüsvayçılıqdır”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru