Salam, xoş gəlmisiniz.

Tərcüməçi qulaqlarına inanmadı! - Tramp İtaliya prezidentini “PENDİR” adlandırdı

2019-10-17 16:07:55

Tərcüməçi qulaqlarına inanmadı! - Tramp İtaliya prezidentini “PENDİR” adlandırdı

Tramp ağlına gələni danışdı

Hurriyyet.org xəbər verir ki, İtaliya prezidenti Sercio Mattarella ilə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Trampın yersiz-yersiz danışıqlarını tərcümə edən dilmanc qadın mat qalıb. Tramp həmkarına “Mattarella” əvəzinə, “mozarella” deyə müraciət edib, özünü İtaliya prezidenti ilə italyan pendirinin adlarını qarışıq salmış kimi aparıb.

“ABŞ-İtaliya münasibətləri qədim Roma dövründən başlayıb”

Prezident Mattarrellanı “mozarella” adlandırdığı azmış kimi, Tramp növbəti dəfə səhv danışaraq, təkrar gülüş hədəfinə çevrilib. O, ABŞ ilə İtaliya arasındakı ikitərəfli münasibətlərin qədim Roma dövründən başlandığını söyləyib (bəlli olduğu kimi, Amerika qitəsi hazırda ona ağalıq edən avropalılar tərəfindən 1492-ci ildə kəşf edilib. Müstəqillik Bəyannaməsinin imzalandığı gün -  4 iyul 1776-cı il  ABŞ-ın yaranması günüdür).

İtaliyalı tərcüməçinin bu yersiz sözlərə verdiyi reaksiya – üz ifadəsi, baxışları isə sosial şəbəkələrdə gündəm mövzuya çevrilib.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru