Terrorçular atəşkəsi pozdular - Çox sayda şəhid və yaralı var

Terrorçular atəşkəsi pozdular - Çox sayda şəhid və yaralı var

Hurriyyet.org xəbər verir ki, Türkiyə ilə ABŞ arasında əldə edilən və terrorçuların 120 saat içərisində bölgədən çıxmasını nəzərdə tutan razılaşma YPG/PKK terrorçuları tərəfindən pozulub.

YPG/PKK terror təşkilatının Suriyanın şimalındakı Tel Abyad və Resulayn rayonlarında müxaliflərdən ibarət Suriya Milli Ordusuna qarşı həyata keçirdikləri kamikadze hücumu nəticəsində 3 nəfər hərbçi şəhid olub, 18 hərbçi isə yaralanıb.

9 oktyabrda başlayan Barış bulağı əməliyyatında iştirak edən Suriya Milli Ordusunun üzvlərindən indiyə qədər 84 nəfəri şəhid olub, 310 nəfəri yaralanıb.

Hurriyyet.org