Terrorçuların başçısı QƏZƏBLƏNDİ: “ABŞ və Rusiya bizi satdı!”

Terrorçuların başçısı QƏZƏBLƏNDİ: “ABŞ və Rusiya bizi satdı!”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Barış bulağı əmliyyatı zamanı Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusundan ard-arda zərbələr alan PKK/YPG terror təşkilatının başçılarından olan Cemil Bayık ABŞ və Rusiyanı terrorçuları satmaqda ittiham edib. Bayık Amerika ilə Rusiyanın öz mənafeləri naminə onları satdıqlarını söyləyib, bəzi ərəb ölkələrinin mövqelərini tərifləyib, Əsəd hökumətinə ismarıc göndərib. Terrorçuların rəhbəri deyib: “Türkiyədə İran və Rusiya ilə birlikdə bir iclas keçirildi. İclasda “demokratik muxtariyyəti qəbul eləmirik, elə bir iradəni tanımırıq” dedilər. Sonra Amerika ilə Türkiyə: “Sərhədə bir xətt çəkdik, sərhədi müdafiə edəcəyik”, - deyərək ortaq patrul nəzarəti təşkil etdilər. Bir neçə gün sonra isə Amerika açıqlama verdi: “Hərbçilərimizi çıxarırıq”. Bundan sonra isə Türkiyə hücum eləməyə başladı. Yəni Amerika sərhəd müdafiəsi adı ilə Türkiyənin şimal-şərqi Suriyaya daxil olmasına şərait yaratdı”.

PKK/YPG tərəfdarları ABŞ hərbçilərini daşlayıblar

Sosial mediada paylaşılan və Kamışlı bölgəsində çəkkildiyi bildirilən videoda PKK/YPG terror təşkilatının tərəfdarlarının geri çəkilərək bölgəni tərk edən ABŞ hərbi texnikasını daşladığı görünür.

Hurriyyet.org