Salam, xoş gəlmisiniz.

Trampın türk müxbirə cavabı hər kəsi təəccübləndirdi: "Jurnalist olduğuna əminsən?" - VİDEO

2019-11-14 13:17:15

Trampın türk müxbirə cavabı hər kəsi təəccübləndirdi: "Jurnalist olduğuna əminsən?" - VİDEO

"Bəlkə Türkiyə hökumətinə işləyirsən?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdən sonra iki lider ortaq mətbuat konfransı keçirib.

Hurriyyet.org aznews.az-a istinadən xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında Tramp Ərdoğandan jurnalistlərdən birini sual vermək üçün seçməyini istəyib.

"Ancaq dostcanlı jurnalistlər olsun. Onların sayı onsuz da çox deyil", - deyə Tramp bildirib.

Ərdoğan "Sabah" qəzetinin köşə yazarı, jurnalist Hilal Kaplanı seçib. O, Trampa terrorist Məzlum Kobani ilə bağlı sual ünvanlayıb:

"Obamanın xətalı xarici siyasətini siz ələ aldınız. Bu səhvlərdən biri də ABŞ-ı terrorist qruplarla ortaq etdirməkdir. PKK və Suriyada YPG... Siz bunun ABŞ əlaqələrinə verdiyi zərəri düzəltməyə çalışırsınız. Ancaq siz eyni zamanda YPG-nin "lideri"ni Ağ Evə dəvət etdiniz. Adı Məzlum Kobanidir. Bu adam Türkiyədə ən az 18 terror hücumunun səbəbkarıdır. Bu hücum zamanı 184 əsgər və 48 dinc vətəndaş həlak olub. Bu günkü iclasdan sonra hələ də onu Ağ Evə çağırmağı düşünürsünüz? Çünki bu, üzücü və alçaldıcıdır".

Tramp sual bitdikdən sonra bir az dayanıb. Ardınca verdiyi cavab isə maraqlı olub:

"Jurnalist olduğuna əminsən? Bəlkə Türkiyə hökumətinə işləyirsən?".


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru