Salam, xoş gəlmisiniz.

Ukraynadan Qarabağda MÜHARİBƏ ANONSU: Azərbaycan bu tarixdə əməliyyatlara başlayacaq

2019-12-11 11:20:04

Ukraynadan Qarabağda MÜHARİBƏ ANONSU: Azərbaycan bu tarixdə əməliyyatlara başlayacaq

Azərbaycan 2020-ci ildə antiterror əməliyyatına başlayacaq. Bunu artıq dəqiq demək olar. Amma bu çoxşaxəli hərbi əməliyyat Ermənistan ərazisində olmayacaq. Çoxları burda səhvə yol verir. Antiterror əməliyyatları Azərbaycanın bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanınmış sərhədləri çərçivəsidə, Qarabağda baş tutacaq.

Hurriyyet.org xəbər verir ki, bu sözləri Axar.az-a ukraynalı politoloq Nataliya Belous deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclü olması bu hərbi əməliyyatların tez bir zamanda və uğurla başa çatmasına zəmanət verir:

“Hazırda hər şey geosiyasi dəyişiklərdən, yəni Rusiya amilinin mövcudluğundan və qaynar nöqtələrin olduğu Yaxın Şərqdəki vəziyyətdən asılıdır. Bütün bunlar prosesə zərər verə bilər, buna görə də Azərbaycan diqqətlə hərəkət edir. Hərbi əməliyyatların necə davam edəcəyi barədə danışmaq çətindir, amma Azərbaycan ilk növbədə heç kimə zərər verməmək üçün diplomatik tədbirlər görür və qarşı tərəfi kostruktiv danışıqlara çağırır. Amma 2020-ci il ermənilərə veriləcək son tarix olacaq.

Bakı ən son halda silaha əl atacaq, bu da Ermənistan hakimiyyətinin mövqeyindən aslı olacaq. Bakının hərbi potensialından xəbərdar olan birisi kimi deyə bilərəm ki, hazırda Azərbaycanın çox güclü xüsusi təyinatlılardan ibarət ordusu var. Antiterror əməliyyatlarını da məhz onlar aparacaq. Azərbaycanın bu işdə heç kimin köməyinə ehtiyacı olmayacaq. Hətta ehtiyatda olan hərbiçilər belə çagrılmayacaq”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru