Salam, xoş gəlmisiniz.

ÜST-dən qorxunc xəbərdarlıq: 21-ci əsrin ən böyük təhdidi budur

2019-12-04 12:58:49

ÜST-dən qorxunc xəbərdarlıq: 21-ci əsrin ən böyük təhdidi budur

İspaniyanın paytaxtı Madriddə bazar ertəsi günü başlayan BMT İqlim Dəyişikliyi Tərəflər Konfransından bir gün sonra Ümumdünya Səhiyyə Təşkilatının iqlim dəyişikliyinə dair yeni hesabatı yayımlanıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, sənəddə kəskin istilər, stress, ishal və Ebola kimi xəstəliklərlə insanların səhhətinə zərər verən iqlim dəyişikliyinin 21-ci əsrin ən böyük təhdidi ola biləcəyi vurğulanıb.

ÜST-ün 101 ölkədə apardığı araşdırma əsasında hazırlanan hesabatda, bir çox ölkənin iqlim dəyişikliyinə qarşı hazırladığı planları tətbiq etmədikləri məlum olub.

ÜST-ün baş direktoru Tedros Adhanom verdiyi açıqlamada bildirib ki, iqlim dəyişikliyi insanların sağlamlıqları ilə əvəzini ödədikləri bir cəzadır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru