Xaçmaz sakini keçmiş qayınatasını qətlə yetirdi

Xaçmaz sakini keçmiş qayınatasını qətlə yetirdi

Xaçmazda qətl hadisəsi baş verib. 

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qımıl kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb. S. Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.  

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.