Salam, xoş gəlmisiniz.

Xalq artistimiz Türkiyəyə aparılır - Vəziyyəti yaxşı deyil

2019-10-17 17:55:00

Xalq artistimiz Türkiyəyə aparılır - Vəziyyəti yaxşı deyil

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev yenidən əməliyyat olunmaq üçün Türkiyəyə aparılır.

Hurriyyet.org xəbər verir ki, bu barədə oxu.az-a xalq artistinin özü məlumat verib.

“Diz qapağımda ağrılar var. Qoyduqları dəmirdən biri gödəkdir. Gecələr ağrırlar verir. Elə də yaxşı deyiləm. Yəqin ki, yaşla bağlıdır. Bir dəfə əməliyyat olunmuşam. Amma yenidən əməliyyat olunacam. Ola bilsin ki, 3-4 gündən sonra Türkiyəyə getdim”, - deyə Arif Babayev deyib.

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93