Salam, xoş gəlmisiniz.

Yeni vəzifəyə təyin olunan Elmira Süleymanova DANIŞDI: “Əhvalım yaxşıdır”

2019-12-10 16:57:03

Yeni vəzifəyə təyin olunan Elmira Süleymanova DANIŞDI: “Əhvalım yaxşıdır”

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili olmuş (sabiq Ombudsman) Elmira Süleymanova Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.
Hurriyyet.org xəbər verir ki, yeni işi barədə Modern.az-a danışan Elmira Süleymanova əslində AMEA-da uzun illərdir ki, çalışdığını deyib:
“AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda  1950-ci ildən çalışıram. Sadəcə olaraq  baş elmi işçi vəzifəsində  yarımştat kimi işləmişəm, indi isə tam ştata keçmişəm”. İlk müvəkkil əhvalının yaxşı olduğunu da qeyd edib: “AMEA mənə yad yer deyil. İşimi burda davam etdirəcəm Hər şey qaydasındadır. Mənimlə maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm”.
E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.
1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.
E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru