Salam, xoş gəlmisiniz.

Yevda Abramov xaricdə müalicədən imtina etdi - "Koma vəziyyətində deyil, ancaq..."

2019-12-05 18:26:36

Yevda Abramov xaricdə müalicədən imtina etdi - "Koma vəziyyətində deyil, ancaq..."

Atam özü İsrailə və ya başqa ölkə xəstəxanasına getməkdən imtina edir. Özü burada qalmaq istəyir deyə, müalicəsi də burada gedir. Vəziyyətində hazırda heç bir dəyişiklik yoxdur. Komada deyil, ancaq çox zəifdir.

Hurriyyet.org xəbər verir ki, bu sözləri axar.az-a 2017-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkən və son günlər vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilən deputat Yevda Abramovun qızı Bəsdi Yusifova atasının durumu ilə bağlı danışakən deyib.

B.Yusifova bildirib ki, atası hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir:

“Koma vəziyyətində deyil, ancaq süni tənəffüs aparata qoşuludur. Bizi görür, yanına gedirik, danışa da bilir. Sadəcə çox zəif olduğuna görə onu incitmək istəmirik. Həkim də bildirib ki, çox yormayaq”.

Xatırladaq ki, millət vəkili Y.Abramov 12 iyun 1948-ci ildə Qubanın məşhur Qırmızı qəsəbəsində doğulub. Tarixçidir, bir müddət pedoqoji fəaliyyətlə məşğul olub.

Azərbaycan (həmçinin türk), rus və fars dillərini mükəmməl bilir. 4 övlad atasıdır.

2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra müalicəsini İsraildə davam etdirib. Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürüb.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim qoruyan Y.Abramov ictimai nüfuza sahibdir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru