Salam, xoş gəlmisiniz.

Yunanıstandan ABŞ-a dəvət: “İNCİRLİK BAZASINI...”

2019-12-14 13:07:04

Yunanıstandan ABŞ-a dəvət: “İNCİRLİK BAZASINI...”

Hurriyyet.org xəbər verir ki, ABŞ hərbi bazalarının Türkiyədən, o cümlədən İncirlikdən çıxarılacağı təqdirdə Yunanıstana yerləşdirilə biləcəyi ilə bağlı fikirlər səsləndirilib. Yunanlar İncirlikdəki bazanın ölkələrinə köçürülməsinə yaşıl işıq yandırıblar.

Yunanıstanın Xarici İşlər Nazirliyinin adının çəkilmək istəməyən bir əməkdaşı Afinanın ABŞ bazalarını qəbul etməyə hazır olub-olmadığı sualın cavabında deyib: “Hər cür müəsissəni yerləşdirə biləcəyimiz aşkardır. Tanrıya şükür olsun ki, bizdə yetərli qədər yer var”.

Yaşıl işıq yandı

Məmur deyib: “Əgər bazalara xidmət edib-etməyəcəyimizi soruşusunuzsa, biz NATO üzvü bir ölkəyik və buna görə də NATO-nun ehtiyacları həmişə Yunanıstan tərəfindən yunan Konstitusiyasına uyğun şəkildə ödənilə bilər. ABŞ ilə ikitərəfli əlaqələrə gəlincə, müdafiə sahəsində razılaşmamız var. Əgər ABŞ gələcəkdə Yunanıstanın müdafiə imkanlarını daha çox genişləndirmək istərsə, Yunan hökuməti bunu müsbət şəkildə dəyərləndirər”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru