Salam, xoş gəlmisiniz.

Zəhərlənən tələbələrin vəziyyəti necədir? - AÇIQLAMA

2019-11-22 10:01:05

Zəhərlənən tələbələrin vəziyyəti necədir? - AÇIQLAMA

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbələrin səhhəti ilə bağlı son durum açıqlanıb.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir

Xatırladaq ki, ötən gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat verilib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 1998-ci il təvəllüdlü Həmidə İbadova və BDU-nun kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru