Salam, xoş gəlmisiniz.

Türkiyə ilə ABŞ arasında BARIŞ sazişinin MƏTNİ: “Sanksiyalar da ləğv olundu”

2019-10-17 23:11:32

Türkiyə ilə ABŞ arasında BARIŞ sazişinin MƏTNİ: “Sanksiyalar da ləğv olundu”

Bu gün vasitəçilik missiyası ilə Ankaraya gələn ABŞ heyəti və Türkiyə rəsmiləri arasında Suriyanın şimalı ilə bağlı saziş imzalanıb.

13 maddədən ibarət olan həmin sazişi olduğu kimi təqdim edirik:

ŞİMAL ŞƏRQİ SURİYA ilə BAĞLI TÜRKİYƏ-ABŞ BİRGƏ AÇIQLAMASI

 

  1. Türkiyə və ABŞ iki yaxın NATO üzvü olaraq bu əlaqələrini təsdiqləyir. ABŞ Türkiyənin cənub sərhədində dair qanuni təhlükəsizlik qayğılarını anlayır.

 

  1. Türkiyə və ABŞ, şimal-şərq Suriya başda olmaq üzrə sahədəki irəliləyişlərin ortaq maraqlar əsasında daha yaxın koordinasiya tələb etdiyini qəbul edir.

 

  1. Türkiyə və ABŞ "hamımız birimiz, birimiz hamımız üçün" zehniyyəti ilə NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qoruma öhdəliklərini mühafizə edir.

 

  1. Hər iki ölkə insan həyatı, insan haqları ilə dini və etnik icmaların qorunmasına yönəlik öhdəliklərini təkrar edir.

 

  1. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində DEAŞ-la mübarizə fəaliyyətlərinin davamında qərarlıdır. Bu, əvvəlcədən DEAŞ nəzarətində olan sahələrdə yaşayıb didərgin salınan şəxslər ilə saxlanmad düşərgələri məqamlarında uyğun şəkildə aparılacaq əməkdaşlığa da şamil olunur.

 

  1. Türkiyə və ABŞ terrorla mübarizə hərəkatlarının yalnız terror ünsürləri ilə bu ünsürlərə aid sığınacaq, mövqe, silah, avadanlıq və hərbi ləvazimatının hədəfə alınmasının gərərkliyi ilə həmrəydir.

 

  1. Türkiyə, Türk Silahlı Qüvvələri tərəfindən nəzarət edilən etibarlı bölgədəki məskunlaşan bütün (təhlükəsiz region) sakinlərin sağlamlığı və təhlükəsizliyini təmin edəcəyini təəhhüd edir, vətəndaşların və mülki infrastrukturun zərər görməməsi üçün maksimum diqqət göstərəcəyini vurğulayır.

 

 

  1. Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünə və Suriya münaqişəsini Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə nizamlamağı hədəfləyən, BMT rəhbərliyi altındakı siyasi prosesə olan bağlılığını təkrarlayır.

 

  1. Hər iki tərəf Türkiyənin YPG-ya aid ağır və yüngül silahlarının toplanması və yararsız hala gətirilməsi də daxil, milli təhlükəsizlik qayğılarının aradan qaldırmasını təmin edən bir təhlükəsiz zona qurulmasının əhəmiyyəti və funksional imkanını qəbul edir.

 

  1. Təhlükəsiz bölgə Türk Silahlı Qüvvələrinin nəzarətində olacaq.
  2. Türk tərəfi Barış pınarı Hərəkatına təhlükəsizlik zonasından YPG-nın 120 saat ərzində geri çəkilməsinə təmin etməq üçün ara verəcək. Əməliyyat bu geriçəkilmə tamamlandıqdan sonra dayandırılacaqdır.

 

  1. Barış Pınarı Hərəkatına ara veriləndən sonra ABŞ “Blocking Property and Suspending Entry of Certain Persons Contributing to the Situation in Syria” başlıqlı 14 Oktyabr 2019-ci il tarixli Prezident Fərmanı əsasında həyata keçirilən sanksiyalara əlavələr etməmə və Konqres nəzdində müvafiq fəaliyyətlər və məsləhətləşmələr apararaq Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında Suriyada Sülh və təhlükəsizliyin təminatına yönəlmiş qeyd edilən irəliləyişin qeyd etmək məsələsində həmrəydirlər. Barış pınarı hərəkatı 11-ci paraqrafa uyğun olaraq dayandırıldıqda, yuxarıda bəhsi keçən Prezident Fərmanı əsasında həyata keçirilən mövcud sanksiyalar ləğv olunacaq.

 13-cu Hər iki tərəfin bu bəyanatda qeyd edilən bütün vəzifələrin həyata keçirilməsi üçün birlikdə çalışma öhdəliyi var. \\Ovqat.com


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru