Salam, xoş gəlmisiniz.

Türkiyə yüzlərlə İŞİD-çini deportasiya edir: 29 azərbaycanlı da var

2019-11-13 23:46:10

Türkiyə yüzlərlə İŞİD-çini deportasiya edir: 29 azərbaycanlı da var

Türkiyənin bu ayın sonuna qədər ölkədən çıxarmaq istədiyi və hazırda geri dönmə mərkəzində olan əcnəbi İŞİD üzvlərinin ölkələrə görə təsnifləndirilməsi olub.

Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, bölgü əsasında deportasiya ediləcək 959 İŞİD-çi ölkələrə görə aşağıdakı saydadır. 

Rusiya 99, Almaniya 17, Ukrayna 4, Hollandiya 3, Fransa 2, Danimarka 2, Avstriya 2, Kosovo 2, Bolqarıstan 2, Rumıniya 1, Albaniya 1, Özbəkistan 82, Qırğızıstan 23, Tacikistan 21, Misir 13, Əfqanıstan 11, Tunis 10, Qazaxıstan 10, Fələstin 9, Mərakeş 8, Pakistan 6, Türkmənistan 6, Nigerya 3, İran 3, Somali 3, Liviya 2, İordaniya 2, Əlcəzair 2, Səudiyyə Ərəbistanı 2, Yəmən 1, Böyük Britaniya 1, İraq 296 ve Suriya 273. 

147 nəfər isə kiçik yaşlı uşaqlardır. Bu uşaqların əksəriyyətinin valideynlərini Suriyadakı müharibələrdə itirdikləri, bəzilərinin isə yanlarında olmadığı bildirilib. 

Deportasiya ediləcək terrorçuların arasında azərbaycanlılar da var. Hazırda 29 nəfər Azərbaycan vətəndaşı İŞİD üzvü Türkiyədən çıxarılmağı gözləyir. 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru