Türkiyədə SES-də partlayış oldu - Yaralılar var

Türkiyədə SES-də partlayış oldu - Yaralılar var

Türkiyənin Ordu şəhərinin Akkuş mahalında Umut-1 Su Elektrik Stansiyasında (SES) partlayış olub.

“Qafqazinfo” Türkiyə mediasına isitnadən xəbər verir ki, stansiyanın istehsalat müəssisəsindəki partlayışda 4 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Akkuş bələdiyyə sədri İsa Dəmirçinin sözlərinə görə, hadisəyə qaz sızması səbəb olub. Hadisə yerində araşdırma aparılır.