Salam, xoş gəlmisiniz.

Tibb tarixində bir ilk: İnsan süni ölüm halına salınıb

2019-11-21 23:09:57

Tibb tarixində bir ilk: İnsan süni ölüm halına salınıb

Amerikalı həkimlər tibb tarixində ilk dəfə olaraq insanı anabioz halına sala biliblər.

“Life.ru”nun məlumatına görə, bu barədə “New Scientist” jurnalında məqalə dərc olunub.

Prosedur təqribən belə olur: Bədəndə natrium-xloridlə (məhlulun temperaturu praktiki olaraq sıfra bərabər olur) bütün qan dəyişdirilir, nəticədə orqanizmin temperaturu çox tez müddətdə +10 - 15 dərəcə selsiyə qədər soyudulur.

Beləliklə, insanın beyin fəaliyyəti demək olar ki, tamamilə dayanır. Bundan sonra pasient soyutma sistemindən ayrılır və lazımi prosedurlar üçün əməliyyat masasına gətirilir.

Anabioz halına salınan andan cərrahların bədəndəki qan itkisinin səbəblərini aradan qaldırmaq üçün 2 saatı olur. Əməliyyatdan sonra həkimlər bədənin normal temperaturunu və ürəyin işini bərpa edirlər.

Baltimorda Merilend Universitetinin Ali Tibb Məktəbinin professoru Semuel Tişermanın sözlərinə görə, o və həmkarları azı bir nəfəri anabioz halına sala biliblər.

Belə əməliyyat tibdə böyük irəliləyiş sayılır, çünki bundan əvvəl tibb işçiləri həyat üçün təhlükəli travma almış insanlara yardım etməyə sadəcə vaxt çadırmırdılar. \\Oxu


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru