Salam, xoş gəlmisiniz.

Tramp və Makron Suriya üzrə əlaqələri davam etdirməyi razılaşdırıblar

2019-11-12 22:16:57

Tramp və Makron Suriya üzrə əlaqələri davam etdirməyi razılaşdırıblar

ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron telefon danışığının gedişatında Suriya üzrə əlaqələri uyğunlaşdırmağa razılaşdırıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları həmçinin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

"Liderlər Suriya üzrə koordinasiyanın davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar həmçinin İranın nüvə proqramının davam etdirilməsi üzrə addımları ilə bağlı narahatlıqlarını ifadə ediblər", - deyə xəbərdə bildirilir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru