Salam, xoş gəlmisiniz.

Ukrayna və Ermənistan arasında gərginlik – Kiyevdən şok bəyanat

2019-11-13 20:10:59

Ukrayna və Ermənistan arasında gərginlik – Kiyevdən şok bəyanat

Ukraynanın İrəvandakı səfirliyi Ermənistan vətəndaşlarının işğal altındakı Krım bölgəsinə qanunsuz səfərləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda ermənilərdən Rusiyanın işğalı altında olan Ukrayna ərazilərinə qanunsuz səfər etdiyi bildirilib.

Səfirlik Ermənistan vətəndaşlarını işğal bölgəsinə getmək qaydalarına əməl etməyə çağırıb.

Səfirliyin açıqlamasında bir qrup Ermənistan vətəndaşının Krım ərazisinə növbəti qanunsuz səfəri barədə məlumatın verildiyi və işğal olunmuş ərazilərə giriş qaydalarını pozduğu qeyd edilib.

Açıqlamada bu addımın cinayət xarakterli olduğu bildirilib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan açıqlama yayaraq, Ukrayna tərəfinin bu ittihamını təkzib edib: “Ermənistan beynəlxalq öhdəliklərə sadiqdir və beynəlxalq insan haqları çərçivəsində heç vaxt öz vətəndaşlarının sərbəst hərəkətinə mane olmur”.

Rəsmi İrəvanın bu cavabı Kiyevi qane etməyib. \\Teleqraf


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru