Salam, xoş gəlmisiniz.

YPG-yə verilən TIR-ları tapdıq, indi isə... - Ərdoğan

2019-11-22 23:09:04

YPG-yə verilən TIR-ları tapdıq, indi isə... - Ərdoğan

Suriyanın şimalında "Sülh çeşməsi" hərəkatı ilə YPG/PYD/PKK terror təşkilatlarına lazımi dərs verildi. Terrorçulara 33 min TIR silah göndərildi, yerlərini tapmışıq, toplayırıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan İzmirin Kiraz mahalında vətəndaşlarla görüşündə Suriya Milli Ordusu ilə birlikdə türk mehmətçilərinin apardığı mübarizənin tarixə keçdiyini söyləyib: "Mehmətçiyimiz hazırda dastan yazır. Terrorçulara aman vermirik, onlar qaçır, biz qovuruq. Terror təşkilatlarına lazımi dərsi Qabar, Cudi, Tendürəkdə verdikmi? İndi Şimali Suriyada vermirikmi? Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm, - deyə Türkiyə prezidenti bildirib.\\Teleqraf

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru