Daha bir boksçumuz erməniyə qalib gəldi

11 May, 2019, 8:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinal mərhələsi yekunlaşıb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin iki idmançısı finalda iştirak hüququ qazanıb. 

52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə rusiyalı Elbrus Soltuxanovu məğlub edib. Həmyerlimiz rəqibinə 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M.Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək. 

Onun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. Yığmamızın liderlərindən olan boksçu erməni Qurgen Hovannisyana gücünü göstərib. M. Abdullayev də komanda yoldaşı Rahil Məmmədli kimi, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək. 

 

Onlardan fərqli, R. Məmmədli (91 kq) yarımfinal səddini keçə bilməyib. İdmançımız braziliyalı Abner Juniora uduzaraq, bürünc medalla kifayətlənib. 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93