Pakistanda təyyarə qəzaya uğradı: 107 NƏFƏR HƏLAK OLDU – VİDEO / YENİLƏNİB

6

Pakistanda 99 sərnişini və 8 ekipajı olan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olanların hamısı həlak olub.

“Report” “Sky News”a istinadən xəbər verir ki, bunu Pakistanın Karaçi şəhərinin meri açıqlayıb.

***

Qəzaya uğrayan sərnişin təyyarəsində azı 107 nəfər olub. 

Məlumatı “Al Arabiya” yayıb.

Təyyarənin göyərtəsində azı 99 sərnişin və 8 ekipaj üzvü olub.

***

Hurriyyet.org xəbər verir ki, “Pakistan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Karaçi şəhərində qəzaya uğrayıb.

Lahor-Karaçi reysi ilə uçan təyyarənin göyərtəsində 95 nəfər sərnişin olub. Mediada yayılan kadrlarda hadisə yerindən qara tüstü yüksəldiyi görünür. Hələlik ölən və yaralananlar, həmçinin qəzanın səbəbi barəsində rəsmi açıqlama verilməyib.

Hurriyyet.org

https://youtu.be/JjNItUNNQH4