“Pallone erməni lobbisinin ötürdüyü mətni oxuyur” – ELXAN ŞAHİNOĞLU

23 May, 2020, 12:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Bəs, bizim mətni oxuyan konqresmen niyə tapılmadı?”

 “Ermənipərəst konqresmen Frank Pallone ABŞ administrasiyasına-dövlət katibi Mayk Pompeoya və müdafiə naziri Mark Esperə və Minsk Qrupu həmsədrlərinə eyni məzmunlu iki məktub göndərib. Pallone məktublarında Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərini qınamağa çağırıb. Konqresmen bu təlimlərin təhlükə yaratdığını və bölgədə gərginliyi artıra biləcəyini iddia edib”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib

“Son hadisədə özümüz dedik, özümüz eşitdik”

Şahinoğlu bildirib ki, Frank Pallonenin məktubunda qeyri-adi heç nə yoxdur: “Adam onilliklərdir erməni lobbisinin bütün istək və arzularını yerinə yetirir. Məni düşünürən başqa məsələdir. Ermənistanın baş naziri nümayişkənarə şəkildə işğal altındakı Şuşada “andiçmə” mərasimi keçirdi, bu hərəkəti ilə müharibə təhlükəsini artırdı. Buna rəğmən, dünyanın heç bir yerindən “tık” səs də gəlmədi. Amerikanın hansısa konqresmeni “Şuşada andiçmə mərasimi danışıqlara zərbədir və müharibə təhlükəsini artırır” dedimi? Pallone  durduğu yerdə açıqlama vermir, erməni lobbisinin ötürdüyü mətni oxuyur. Bəs, bizim mətni oxuyan konqresmen niyə tapılmadı? Bəlkə heç axtarılmadı? Son hadisədə özümüz dedik, özümüz eşitdik..”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93