Pandemiya dövründə hamilə qalmayın – Nazirlikdən TÖVSİYƏ

27 İyun, 2020, 10:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Misirin Səhiyyə Nazirliyi COVID-19 pandemiyası dövründə qadınlara kontraseptiv vasitələrdən istifadə edərək, imkan daxilində hamilə qalmamağı tövsiyə edib.

Nazirliyin bəyanatında ölkədə yoluxma hallarının artdığı bir şəraitdə hamiləliyin təhlükəli olduğu vurğulanıb. Əlavə edilib ki, yeni növ koronavirus qanın laxtalanması prosesinə mənfi təsir edir və nəticədə ana bətnindəki körpəni qidalandıran plasentanın zədələnmə ehtimalı artır.

Bu arada, Misirdə COVID-19-a yoluxanların sayı artmaqda davam edir. Səhiyyə Nazirliyi iyunun 26-da yeni növ koronavirusa daha 1625 nəfərin yoluxduğunu bildirib. Qeyd olunub ki, yoluxanların ümumi sayı 63 minə yaxındır. Bundan başqa, son sutka ərzində koronavirusdan 87 nəfər vəfat edib və həyatını itirənlərin sayı 2620-yə çatıb.

Məlumatda bildirilib ki, iyunun 26-da karantin xəstəxanalarında 399 pasiyent sağalıb. /Azərtac/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93