Parkinson xəstəliyindən əziyyət çəkən aktyor: “Dilənçi vəziyyətinə düşə bilərəm”

28 İyun, 2020, 0:23
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev “Elgizlə izlə” verilişində qonaq olub.

Allahverdi Yolçuyev maddi vəziyyətinin pis olduğunu açıqlayıb.

“Dilənçi vəziyyətinə də düşə bilərəm. Mən 40 ildir ki, bu sənətdə külüng vururam. Uşaq verilişlərindən tutmuş, film səsləndirməyə qədər və s. Bu, mənim işimdir, bununla öyünməməliyəm. Bütün aktyorlar əziyyət çəkirlər. Bu xəstəlik keçmir və sinir sistemi ilə əlaqəlidir. Çünki baş-beyin işləməyəndə sinir sistemi də çalışmır. Hazırda heç yerdən pul qazanmıram, təqaüd belə almıram. Mən uşaq vaxtından göyərti də satıb ailəmi saxlamışam. Bundan utanmıram, oğurluq etməmişəm ki. Amma indi işləyə bilmirəm, əllərim xəstəliklə bağlı əsməyə başlayır. Teatrda işləyə, toyda tamadalıq edə bilmirəm.

Dörd qızım var, ikisi evli, ikisi isə subaydır. Beş nəvəm var və bizimlə yaşayırlar. Evim də, bağ evim də var”, – deyə o bildirib. \\Teleqraf


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93