Paşinyan erməni diasporu komitəsinin rəhbərlərini işdən çıxardı

0

Hurriyyet.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan komitənin sədri Zara Sinanyan istisna olunmaqla, Diasporla İş üzrə Komitənin demək olar, bütün heyətini işdən azad edib.

Paşinyanın qərarı ilə aşağıdakı şəxslər vəzifələrindən azad ediliblər:

MDB Erməni İcmaları İdarəsinin Rusiya, Ukrayna, Belarus və Moldovada ilə əlaqələr şöbəsinin rəhbəri Edqar Ovsepyan;

Avropadakı erməni icmaları şöbəsinin rəhbəri Karen Avanesyan;

Qərbi Avropadakı erməni icmaları ilə əlaqələr şöbəsinin rəhbəri Natalya Danielyan;

Amerika Erməni İcmaları Departamentinin Cənubi Amerika və Avstraliyadakı şöbəsinin rəhbəri Qoar Saakyan;

Repatriasiya və Tədqiqatlar şöbəsinin müdiri Qriqor Arşakyan;

Beynəlxalq və Kilsə Təşkilatları ilə Əlaqələr Departamentinin Beynəlxalq Münasibətlərin təşkili şöbəsinin müdiri Anahit Davtyan;

Beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan;

Orta Şərq erməni icmaları şöbəsinin müdiri Levon Antonyan;

Yaxın diasporla əlaqələr şöbəsinin müdiri Taron Şaqoyan.

Hurriyyet.org