Paşinyan Qarabağa gəldi – FOTO

21 May, 2020, 17:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistan baş naziri Nikol Paşinyan artıq Qarabağdadır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, öz Facebook səhifəsində elektromobil şəkli paylaşıb.

Xankəndində çəkilən fotoya şərh yazan Paşinyan elektromobilin Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan tərəfindən xidməti maşın kimi istifadə olunacağını bildirib. Hyundai IONIQ Electric markalı avtomobilin bazar dəyərinin 35 min dollar olduğu məlumdur.

“Yeni seçilmiş prezident Araik Arutunyan bu elektromobildə işə gedib-gələcək”, -deyə Paşinyan separatçıların lideri haqda qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan iki gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında qalacaq.

O, Xankəndində separatçı rejimin “fəaliyyət müddəti bitən rəhbəri” Bako Saakyanla görüşəcək. Nikol Paşinyan saat 18:00-da Şuşa Mədəniyyət Evində yeni “prezident” Araik Arutunyanın “andiçmə mərasimi”nə qatılacaq.

“Andiçmə”dən sonra Nikol Paşinyan qondarma rejimin parlamentində görüşlər keçirəcək, müxtəlif siyasi qüvvələrin təmsilçiləri ilə görüşəcək.

Onun Qarabağ erməniləri qarşısında yeni çıxışı da gözlənilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93