Paşinyan üçün ölkədən qaçış planı – Kanadanın adı çəkildi

7

Ermənistanda əks-inqilabın “fitili” hər an çəkilə bilər; siyasi opponentlər və yaxın-uzaq qisasçılar pusquda; Kreml “məxməri” baş nazirin getməsində ilk növbədə ona görə maraqlıdır ki…

Ermənistanda koronavirus pandemiyası ilə daha da ağırlaşan sosial-iqtisadi durum hakim qüvvəyə qarşı ictimai narazılığı gücləndirib. Bu fonda isə inqilabçı baş nazir Nikol Paşinyanın köhnə və yeni rəqibləri əməlli-başlı hərəkətə keçiblər. Ermənistan baş nazirinə qarşı ittihamlar hər gün bir az daha ağırlaşmaqdadır. Nikol Paşinyanın hətta artıq Ermənistan və “artsax”ın (Dağlıq Qarabağ – “YM”) əsas probleminə çevrildiyi bildirilir.

“Nikol getməlidir!” Son günlər Ermənistan siyasi alanında ən çox səslənən şüarlardan biri budur. Özü də bu tələb təkcə devrilmiş rejimin odioz təmsilçilərinin yox, həm də yeni müxalifətin dilindən səslənir. Ortaq qınaq mövzusu isə budur ki, Paşinyan xalqa verdiyi vədlərin heç birini həyata keçirə bilməyib və iki ildir, faktiki, boşboğazlıqla məşğuldur.

Bu yandan da COVİD-19-un yaratdığı əlavə problemlər, maliyyə qıtlığı işğalçı ölkəni çətin və çıxılmaz duruma salmaqla fəlakətin astanasına gətirıb. Bu fonda Nikol Paşinyanın nəinki hakimiyyətdən, ümumən ölkədən gedişinin qaçılmaz olduğu haqda fikirlər də səslənməyə başlayıb…

*****

“Ermənistanda epidemiya artıq o qədər geniş yayılıb ki, virus təkcə iqtisadiyyat üçün deyil, milli təhlükəsizlik üçün də təhdidə çevrilib. Mövcud hökumətin məsuliyyətsiz hərəkətləri nəticəsində ölkə dağılmaq ərəfəsindədir”.

Ermənistan müxalifəti Paşinyana meydan oxudu - Sahar Azeri

Bu barədə müxalif mövqeli erməni siyasi icmalçı Akop Köçəryan öz şərhində yazıb.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı tam tənəzzül içindədir. “Çoxdandır belə bir şey olmamışdı. Ardıcıl 2 aydır iqtisadiyyat demək olar, bütün sahələrdə ağır itkilər verir. Son aylarda Ermənistan iqtisadiyyatında baş verən hadisələr hökumətin iqtisadi siyasətinin sadəcə olaraq, çökdüyünü göstərir. Birinci rübdə hələ bir qədər artım var idisə, indi o da yoxdur. Nikol Paşinyanın baş nazir postundan getməsindən sonra nə olacağı hələ məlum deyil. Hazırda nə daxili, nə də xarici olaylar Ermənistanın xeyrinədir. Hakimiyyət əlindən gələni etdi ki, epidemiya erməni xalqı üçün əsl bəlaya çevrilsin. Bu gün əgər biz iqtisadi böhran içindəyiksə, bunun əsas səbəblərdən biri epidemiya ilə mübarizə apara bilməməyimizdir”, – deyə o qeyd edib və ardınca sual edib: Paşinyan iqtisadiyyata dəyən ziyanı azaltmaq üçün nə edir? Və cavab verir: “Praktiki olaraq heç nə. Ermənistanda baş verənlər hakimiyyətin tamamilə uğursuz olduğunu göstərir. Epidemiya ilə mübarizə və digər sahələrdə işlər uğursuzluğa tuş gəlib” – Köçəryan yazıb.

Paşinyan müxalifəti başsız qoymaq istəyir » Kaspi.azAzərbaycanda ...

Onun dediyinə görə, artıq Ermənistanda koronavirusun varlığına şübhə edən qalmayıb: “Çünki demək olar ki, hər kəsin qohumları və dostları arasında xəstələr var. İndi hakimiyyət ümidsiz vəziyyətdədir. Səhiyyə sistemi artıq bütün xəstələrə xidmət qabiliyyətində deyil. İnsanlar xəstəxanalarda yer olmadığı üçün ölür”.

Daha sonra o, Ermənistana satılan qazın qiymətində artım gözlədiyi barədə xəbərdarlıq edib. “Hakimiyyət hətta müvəffəq göründüyü sahələr üzrə belə uğursuz oldu. İnsanlar ümid edirdilər ki, bu komanda keçmiş hakimiyyətin oğurladığı milyardları geri qaytaracaq. Ancaq zaman bunun əksini göstərdi”, – deyə sonda erməni siyasi icmalçı əlavə edib.

Öz növbəsində rusiyalı siyasi analitik Vitali Arkoiv hesab edir ki, Ermənistanda özünü göstərən siyasi və iqtisadi böhran meylləri Nikol Paşinyanın xaricə qaçışı ilə nəticələnəcək. Onun hesablamalarına görə, Paşinyan-Akoyan ər-arvad cütlüyü və onların uşaqları üçün yeni vətən məhz Kanada ola bilər.

Ekspert bunu onunla əsaslandırır ki, çirkli pulları yumaq üzrə mütəxəssis olan Anna Akopyan artıq bir neçə dəfə bu ölkədə olub və müvafiq “yuma sxemləri”ni sınaqdan çıxarıb. Söhbət həbsə atılmamaq qarşılığında köhnə məmurlardan alınan vəsaitlərdən və deputat olmaq istəyən oliqarxlardan qoparılan, habelə gəlirli sazişlərə çıxışa görə alınan pullardan gedir.

*****

Çiçəklənən Ermənistan" Paşinyana müxalifətdə olmayacaq | 1news ...

Sözsüz ki, Paşinyan komandasının iqtidardan getməsində Ermənistan müxalifəti qədər Rusiya da maraqlıdır. Təkcə ona görə yox ki, Kreml hələ də Nikolu özününkü yox, gizli qərbçi sayır, – hər halda, iki illik hakimiyyəti dövründə Paşinyan verdiyi vədlərə rəğmən, Ermənistanı Rusiya orbitindən uzalqaşdırmağa cürət eləməyib, – ilk növbədə ona görə ki, Moskva Ermənistan timsalında bir postsovet ölkəsində, üstəlik, forpostda “rəngli inqilab”In necə fiasko olduğunu yerdə qalan “Yaxın xaric” ölkələrinə əyani göstərmək, görk vermək istəyir.

Nikol Paşinyanın neçə vaxtdır cidd-cəhdlərinə baxmayaraq, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətində endirim etmək istəməməsinin əsas nədəni bu. Moskva pandemiya dönəmində Ermənistan baş nazirinin reytinqinin daha sürətlə enməsini istəyir ki, sonucda onun yüksək postdan getməsi qətiləşsin. Bunun isə iki yolu var – dinc və zorakı, yəni kütlənin təzyiqi altında.

Dinc yol – parlament çoxluğunun Nikol Paşinyana etimadsızlıq göstərməsi və onun yerinə yeni baş nazir təyin eləməsi ola bilər. Yeri gəlmişkən, bununla parlament çoxluğu həm də özünə qarşı narazı xalqın qəzəbini azalda bilər(di)…/“Yeni Müsavat”/