Paşinyan yenidən Azərbaycan torpaqlarına gəldi… – ARVADI İLƏ BİRLİKDƏ GƏZDİ VƏ… / FOTOLAR

10 May, 2020, 15:19
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Biz də koronavirusa görə kütləvi maska taxırıq, amma saxta qəhrəmanların maskalarını çıxarda bilmirik ki…”

Ermənistanın Baş naziri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini tapdayaraq işğal altındakı ərazilərimizə  gəlib.
Hurriyyet.org xəbər verir ki, işğalçı ölkə lideri Qarabağdakı separatçı-terrorçu erməni rejiminin hazırkı başçısı Bako Saakyan  və yeni seçilmiş qondarma “prezident” Araik Arutyunyanın  müşayiəti ilə  işğalçı hərbi hissələrə və  Azərbaycan ordusu ilə təmas xəttindəki  düşmən mövqelərinə  baş çəkib.  Paşinyan eyni zamanda ərazilərimizdə sülənən ermənilərin təsərrüfat işləriylə də tanış olub.
Torpaqlarımızı arın-arxayın gəzən Paşinyanın yanında arvadı Anna Akopyan da olub…
P.S. Biz də kütləvi şəkildə koronavirusa görə maska taxırıq, amma ermənilərin torpaqlarımızda at  oynatmasına şərait yaratmış saxta qəhrəmanların maskalarını çıxarda bilmirik ki, başımıza çarə qılaq…/Moderator.az



Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93