Salam, xoş gəlmisiniz.

"Paşinyan Adolf Hitlerin və Mussolinin çox layiqli tələbəsidir" – Erməni siyasətçi

2020-03-25 23:48:00

Bilirsiniz ki, son vaxtlar siyasətçilərin, hətta vətəndaşların hakimiyyətə qarşı tənqidi münasibətləri hədəfə alınır. Buna sübut kimi qondarma “inqilabın qəyyumları” adlandırılan “İnqilab keşikçiləri” qrupunun adını çəkə bilərik. Hansı ki, onlar Nikol Paşinyanın adamlarından üzr istəmək məcburiyyətində qaldılar. Nəticədə qrup üzvləri cəzasız qaldılar. Bu vəziyyət hökumətin və Paşinyanın bütün kursunu tənqid edən bəzi siyasi analitiklər üçün narahatlıq yaradacaqmı?

Bu suala cavab tapmaq üçün erməni nəşri politoloq Qaqik Ambaryanla danışıb.

Ambaryan bildirib ki, indiki Ermənistan hakimiyyətində yaradılan belə fraksiyalar keçən əsrin iyirmi-otuzuncu illərində İtaliya və Almaniyada hakimiyyətdə olan faşist rejimlərindəki qruplarla eyniyyət təşkil edir. Politoloqa görə, Mussolini və Hitler bir vaxtlar bu fraksiyalarla əlaqələrini rədd etdikləri kimi, indi də Ermənistan hakimiyyəti bunu edir: “Bu baxımdan cənab Paşinyan Benito Mussolini və Adolf Hitlerin çox layiqli şagirdidir”.

Erməni siyasətçi deyib ki, o, hakimiyyətdə olan dələduz dəstəsinə qoşulmayacaq. Ancaq o, buna görə daim sosial şəbəkələr vasitəsilə hücumlara məruz qaldığını, təhqir olunduğunu deyib. Ambaryan bildirib ki, bu məsələdə hökumətin əlinin olduğu şübhəsizdir.

Onun sözlərinə görə,  keçmiş rektor Sahak Minasyanın sözlərinə görə, bu gün hakimiyyət Ani bölgəsində və Gümrünün Sayat Nova küçəsində yerləşən “YES” qərargahını tərk etmir.

Yarım terrorçu qruplaşmaların formalaşdırılması siyasətinə toxunan natiq qeyd edib ki, ya Nikol Paşinyan həqiqətən Ermənistanda neofaşist rejim yaradacaq, ya da bu, təkcə mövcud hakimiyyətlərə deyil, ümumilikdə cəmiyyətə təsir edəcək dəhşətli partlayışa səbəb olacaq.

O bildirib ki, Ermənistan cəmiyyətində heç vaxt belə bir mənfilik və nifrət nəslinin olmadığını bildirdi. Levon Ter-Petrosyan, Robert Koçaryan və ya Serj Sarkisyanın dövründə cəmiyyət bu qədər bölünməyib.

Politoloq vurğulayıb ki, Paşinyanın nə etməli olduğu ilə maraqlanmağa çalışsa da, hesab edir ki, hüquq-mühafizə orqanlarının bu cür fraksiyalara qarşı çox sərt addımlar atmamaları və ictimaiyyətin müdafiəsiz qalması göz qabağındadır.

Ambaryana görə belə olan təqdirdə hər bir vətəndaş müdafiəsiz qalıb: “Bu vəziyyət vətəndaşları ya susduracaq, ya da kütləvi mühacirəti təşviq edəcək”. \\Konkret

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93