Salam, xoş gəlmisiniz.

“Paşinyan Münhendə gülüşə səbəb oldu” - Sabiq erməni nazir

2020-02-17 12:05:00

“Paşinyan Münhendə gülüşə səbəb oldu” - Sabiq erməni nazir

“Münhendəki Paşinyan-Əliyev debatından məyus oldum”.

Hurriyyet.org xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan bildirib. O vurğulayıb ki, heç vaxt Qarabağ məsələsində Paşinyandan müsbət irəliləyiş və ya qərar gözləməyib.

“Münhendə baş verənlər mümkün olan bütün ümidləri sarsıtdı. Prezident İlham Əliyev danışıqlar prosesində mərhələli həll yolu barədə danışdı. Yəni müəyyən ərazilərin qaytarılması, qaçqın və köçkünlərin geri dönməsi, münasibətlərin normallaşdırılması, daha sonra Azərbaycanın daxilində birgə yaşayış. Paşinyan Əliyevin bu tezislərinə tam cavab vermədi, birtəhər Düşənbə görüşü, Qarabağın təhlükəsizliyi və münaqişənin tarixi haqqında danışdı.

Hamının gülüşünə səbəb olan "mikro, mini inqilablar" barədə uzun danışmağın, özünü tərifləməyin mənası nə idi?
Ermənistan bundan nə qazanır? Paşinyan o qədər sadəlövhdür ki, təqdir olunacağına və ya Ermənistan üçün qalib mövqe əldə etməyə ümid edir.

Aparıcının Ermənistanın beynəlxalq ictimaiyyətdən nə gözləməsinə dair sualına cavabda isə, Paşinyan qeyd edib ki, beynəlxalq birlik münaqişənin hərbi yolla həll oluna bilməyəcəyini bəyan etməlidir. Bu, min dəfə və bizim gözləntilərimiz olmadan edildi. Niyə qeyd etmir ki, Ermənistan beynəlxalq ictimaiyyətdən “Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ üçün fürsət yaratmağı, bu, hüququ tanımağı gözləyir”. Bunun əvəzində isə İlham Əliyev qeyd edir ki, beynəlxalq birlik Ermənistana qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması üçün təzyiq göstərməlidir", - sabiq erməni nazir bildirib.

O, əlavə edib ki, Azərbaycan Prezidenti ermənilərə öz müqəddəratını təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən böyük Tiqran dövrünə qayıdır və iştirakçıların gülüşünə səbəb olur? Keçmişin xatirələri və tarixlə mübahisənin mənası nədir?

"Qorxaq, müdafiə olunmağa çalışan və xəcalət yaradan bir rəhbər beynəlxalq müzakirələrdə danışmaq hüququna malik deyil. Eyni hal qapalı görüşlərdə də baş verirmi? Münhen debatının təhlükəsizlik baxımından dünyaya nə verdiyini bilmirəm, amma ölkəmizin hərbi-siyasi təhlükəsizliyi baxımından ciddi nəticələr çıxarılmalıdır.

Uzun müddət azərbaycanlılar "işğal olunmuş ərazilər" ifadəsini hətta ictimai təşkilatların sənədlərində də daxil edə bilmirdilər, amma indi bunu ən yüksək səviyyədə bəyan edirlər, bizim tərəfdən isə cavab yoxdur", - deyə Zakaryan vurğulayıb./azvision.az/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93