Paşinyan səfərini yarımçıq qoydu – Təcili İrəvana dönür

29 May, 2019, 12:31
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan paytaxtı Nur-Sultana səfər qrafikində dəyişiklik edib.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Factor.am” saytı yayıb. Paşinyanın bununla əlaqədar Nur-Sultanda dövlət başçılarının şərəfinə verilən şam yeməyində iştirak etməyəcəyi, eləcə də Qazaxıstandakı erməni biznesmenlərlə görüşməyəcəyi bildirilib.

Avrasiya İqtisadi Komissiyasının Kollegiya rəhbəri Tiqran Sərkisyanla görüşdən sonra onun yalnız bəyanatla çıxış edəcəyi və jurnalistlərin suallarını cavablandırmayacağı vurğulanıb. Görüşdən dərhal sonra Paşinyanın Ermənistana geri dönəcəyi bildirilib.

Hələlik Paşinyanın niyə belə dəyişiklik etdiyi açıqlanmayıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93