“Paşinyan və Lukaşenko Rusiya prezidenti Vladimir Putinin arxasınca danışırlar” – ELXAN ŞAHİNOĞLU

1 Aprel, 2020, 8:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya Rusiyadan şikayət edib. Deməli, Paşinyan bu gün Lukaşenkoya zəng edib və deyib ki, Rusiya öz qazını Ermənistana baha qiymətə satır. Lukaşenko Paşinyanın bu dərdinə şərik çıxaraq “Rusiya bizə də qazı baha satır” deyib. Paşinyan və Lukaşenko Rusiya qazının qiymətinin həddən artıq şişirdildiyini bildiriblər. Hər iki lider düşünür ki, əgər dünyada neftin qiyməti enibsə, Rusiya onlara satdığı qazın qiymətini endirməlidir”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxasn Şahinoğlu deyib.

“Daha anlamırlar ki, bu iki dövlət elə vassal olduğuna görə Kreml onlarla istədiyi kimi davranır”

Şahinoğlunun sözlərinə görə, beləliklə, Paşinyan və Lukaşenko Rusiya prezidenti Vladimir Putinin arxasınca danışırlar: “Belarusa və Ermənistana qazı Rusiyanın “Qazprom” şirkəti satır. Hamıya bəllidir ki, qazın qiymətini bu şirkət deyil, birbaşa Putin müəyyənləşdirir. Lukaşenko ilə Paşinyanı özlərindən çıxaran odur ki, Belarus və Ermənistan Rusiyanın bölgədə faktiki iki vassalı olduğu halda Moskva nədən bu iki dövlətə qazı Avropa dövlətlərinə satdığı qiymətə satır. Daha anlamırlar ki, bu iki dövlət elə vassal olduğuna görə Kreml onlarla istədiyi kimi davranır”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93