Paşinyanın 2 günlük Şuşa səfərinin proqramı açıqlandı

21 May, 2020, 11:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ermənistan baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarına 2 günlük səfər edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyan günorta saatlarında Xocalı aeroportuna gələcək. Onu səfər zamanı baş nazir aparatının rəhbəri Eduard Aqancanyan, protokol işləri rəhbəri Vaqe Akopyan, mətbuat katibi Mane Qevorqyan və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan müşayiət edəcək.

O, buradan Xankəndinə gələrək. separatçı rejimin “fəaliyyət müddəti bitən rəhbəri” Bako Saakyanla görüşəcək. Nikol Paşinyan saat 18:00-da Şuşa Mədəniyyət Evində yeni “prezident” Araik Arutunyanın “andiçmə mərasimi”nə qatılacaq.

Mərasim Youtube-da canlı yayımlanacaq. Məhdud sayda insanın qatılacağı tədbirə jurnalistlər buraxılmayacaq.

“Andiçmə”dən sonra Nikol Paşinyan qondarma rejimin parlamentində görüşlər keçirəcək, müxtəlif siyasi qüvvələrin təmsilçiləri ilə görüşəcək.

Onun Qarabağ erməniləri qarşısında yeni çıxışı da gözlənilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93