Paşinyanın həyat yoldaşı silahlı şəkli ilə hansı mesajları verdi?

22

Qabil Hüseynli: “İşğalçı ölkənin başçısının birinci xanımı yeni müharibə həvəsinə düşübsə, deməli, onlar hardansa göstəriş alıb”

“Orduya çağırışçı çatmadığına görə, artıq qadınları da hərbi xidmətə cəlb etməyə başlayıblar”

“Əslində, ölkə başçısının xanımı daha humanist xarakterli işlərlə özünü göstərməlidir. Birinci xanımın misiyası yaşlılar, əlillər və təqaüdçülər üçün layihələr həyata keçirməkdir. Amma biz Paşinyanın həyat yoldaşı Akopyanı cəbhədə silahlarla müxtəlif rakurslarda şəkillər çəkməsini görürük”.

Bunu “Hürriyyət”ə açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib. O, Paşinyanın həyat yoldaşı Akopyanın Dağlıq Qarabağa gedib silahlarla şəkil çəkdirməyini piar kampaniyası adlandırıb:

“Ermənistan Azərbaycana qarşı olan hücum təxribatını daha geniş miqyasda davam etdirir və təbliğ edir. Orduya çağırışçı çatmadığına görə, artıq qadınları da hərbi xidmətə cəlb etməyə başlayıblar. Buna görə də bu işlərin təbliğatını aparmağa çalışırlar. Paşinyanın həyat yoldaşı Akopyan Dağlıq Qarabağa gedərək, müxtəlif ordu bölmələrində silahlarla şəkillər çəkib və guya orda təşkil olunmuş yerli qadın batalyonlarıyla birlikdə təlimə qoşulubdur. Əlbəttə ki, bu piar kampaniyasıdır. Bunun dünyada təriflənəcək tərəfi də yoxdur.

Əslində, ölkə başçısının xanımı daha humanist xarakterli işlərlə özünü göstərməlidir. Birinci xanımın misiyası yaşlılar, əlillər və təqaüdçülər üçün layihələr həyata keçirməkdir. Amm, biz Paşinyanın həyat yoldaşı Akopyanı cəbhədə silahlarla müxtəlif rakurslarda şəkillər çəkməsini görürük. İtalyan mətbuatında “Akopyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır” başlıqlı məqalə də dərc olunub. İşğalçı ölkənin başçısının birinci xanımı yeni müharibə həvəsinə düşübsə, deməli, onlar hardansa göstəriş alıb. Görünür, onlar Rusiya tərəfindən ruhlandırıblar. Bu səbəbdən də Rusiya Ermənistana silah göndərib. Bu da o deməkdir ki, Ermənistan yeni  xəyallarının arxasınca düşüb. Belə bir şey onlar üçün ağır nəticələnə bilər”. 

YƏHYA